İDMAN


Ronaldinyo “Barselona”nın səfiri vəzifəsini icra edəcək

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC 

“Barselona” futbol komandası və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo Kataloniya klubunda səfir vəzifəsinə gətirilir.

AZƏRTAC “El Mundo Deportivo” qəzetinə istinadla xəbər verir ki, təyinatla bağlı artıq “Barselona”nın prezidenti Xosep Bartomeu Ronaldinyo ilə görüşüb. Görüşdə braziliyalı ulduz rəhbərliklə kluba qayıdışı ilə bağlı müzakirələr aparıb. O, səfir vəzifəsini icra etməklə beynəlxalq arenada klubun maliyyə imkanları və imicinin daha da artmasına köməklik göstərəcək.

Xatırladaq ki, “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.