İDMAN


Ronaldo millinin heyətində ilk pokerinə imza atıb VİDEO

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilk dəfə yığmanın heyətində bir oyunda dörd qol vurub.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı kapitan buna Andorra ilə 2018-ci il dünya çempionatının seçmə mərhələ matçında (6:0) nail olub. O, 2, 4, 47 və 68-ci dəqiqələrdə fərqlənib. Digər qollara 44-cü dəqiqədə Joau Kanselu, 86-cı dəqiqədə Andre Silva imza atıb.

Görüşdən sonra Ronaldo şəxsi “Twitter” səhifəsində yazıb: “Xoşbəxtəm ki, millidə ilk pokerimi etdim”.

Qeyd edək ki, Portuqaliya yığmasının hücumçusu yayda Avropa çempionatlarının final mərhələlərində 9 qol vuraraq, fransalı Mişel Platiniyə məxsus rekordu təkrarlayıb. Onun komandası isə ilk dəfə qitə çempionu olub. Ronaldo yığmada 134 oyuna 65 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.