Ronaldu bir həftə ərzində “Real”da qalacağına dair qərar verəcək
Bakı, 27 may, AZƏRTAC
“Real Madrid” və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu bir həftə ərzində gələcəyinə dair qərar verəcəyini söyləyib.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, futbolçu tezliklə həyatında yenilik etmək fikrində olduğunu deyib.
“Bu cür bəyanatlar vermək üçün ideal vaxt deyil. Mən beş dəfə Çempionlar Liqasını, beş dəfə “Qızıl topu” qazanmışam, fikrimcə, adımı tarixə yaza bilmişəm. Madrid klubunda qalacağıma söz vermirəm. Azarkeşlər hər zaman məni dəstəkləyiblər və onlar hər zaman ürəyimdədirlər”, - deyə Ronaldu söyləyib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 94 milyon avroya “Mançester Yunayted” klubundan transfer olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]