İDMAN


Ronaldu həbsdən yaxa qurtarmaq üçün İspaniya xəzinəsinə 14 milyon avrodan çox pul ödəyəcək

Bakı, 21 iyun, AZƏRTAC 

Madridin “Real” futbol komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldu vergi ödəməkdən yayınma barədə iş üzrə həbsdən yaxa qurtarmaq üçün İspaniya xəzinəsinə 14,8 milyon avro ödəyəcək.

“P-sport” nəşri “Cope” portalına istinadla xəbər verir ki, bu məbləğin ödənilməsi yüngülləşdirici hal hesab ediləcək və sonradan istintaqla sövdələşmək üçün əsas olacaq.

Xatırladaq ki, İspaniya prokurorluğu Ronaldunun barəsində 2011-2014-cü illərdə 14,8 milyon avro məbləğində verginin ödənilməməsi ilə bağlı ittiham üzrə cinayət işi qaldırıb.

Gözlənildiyinə görə, iyulun 31-də futbolçu İspaniya məhkəməsində çıxış edəcək, vəkilləri isə onun həbs olunması riskini istisna etmək üçün istintaqla sövdələşəcəklər.

Bu yaxınlarda “Barselona”nın hücumçusu Lionel Messi barəsində də oxşar ittiham irəli sürülüb. Məhkəmə Messini 21 ay şərti həbs cəzasına məhkum edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.