DÜNYA


“Rosetta” kosmik aparatı məhvinə doğru uçur: canlı yayım

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Çuryumov – Gerasimenko kometası ilə toqquşmaq üçün yönəldilən Avropa Kosmik Agentliyinin “Rosetta” aparatı 12 illik missiyasını başa çatdırır.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, alimlərin hesablamalarına görə zondun kometa ilə toqquşması bu gün Qrinviç vaxtı ilə saat 13:20-də (Bakı vaxtı ilə 15:20) baş verəcək. Avropa Kosmik Agentliyi stansiyanın məhvini canlı yayımlayır

Missiyanın başa çatdırılması barədə qərar “Rosetta”nın orbitində fəaliyyət göstərdiyi Çuryumov – Gerasimenko kometasının Günəş sistemi sərhədlərinə yaxınlaşması səbəbindən verilib. Orada kosmik aparatın batareyaları günəş enerjisindən faydalana bilməyəcək.

“Rosetta” missiyası 2004-cü ilin mart ayında start götürüb. On il ərzində aparat 6 milyard kilometr məsafə qət edərək Çuryumov – Gerasimenko kometasına çatıb. 2014-cü ilin noyabr ayında o, sərt enişə və günəş batareyalarında yaranan problemlərə baxmayaraq, Yerə böyük həcmdə elmi məlumat ötürməyə nail olan “Philae” zondunu kometanın səthinə endirib.

“Rosetta” aparatının özü isə həmin vaxtdan etibarən kometanın orbitində qalaraq tədqiqatını davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.