DÜNYA


“Rosneft” Əlcəzairdəki səhmlərini satacaq

Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti Əlcəzairdəki neft və qaz layihələrindəki səhmlərini satmaq niyyətindədir.

AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Əlcəzairdəki 245-ci Cənub blokundakı neft və qaz istehsalı layihəsi ilə bağlı investisiyalarından gözlədiyi mənfəəti əldə etməyən “Rosneft” buradakı səhmlərini satmaq niyyətindədir.

“Rosneft” “Gazprom”a bununla bağlı müqavilə təklif edib. Ancaq “Gazprom” həmin səhmləri satın almağı qəbul etməyib. “Rosneft”in səhmlərini Əlcəzairin enerji şirkəti “Sonatrach”a satacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.