DÜNYA
“Rosneft” Venesueladakı 2 təbii qaz yatağını işlədəcək
Bakı, 18 dekabr, AZƏRTAC
Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti Venesueladakı 2 təbii qaz yatağını idarə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rosneft” məlumat yayıb. Şirkət Venesueladakı “Patao” və “Mejillones” təbii qaz yataqlarını 30 illik müddətə idarə etməyə haqq qazanıb. “Rosneft” qarşıdakı 15 il ərzində həmin yataqlardan illik 6,5 milyard kubmetr qaz istehsal etməyi planlaşdırır.
Yataqların ümumi ehtiyatının 180 milyard kubmetr olduğu təxmin edilir.
Venesuela Prezidenti Nikolas Maduro və “Rosneft”in idarə heyətinin sədri İqor Seçin arasında Karakasda imzalanan sazişə əsasən, “Rosneft” maye təbii qaz (LNG) da daxil olmaqla həmin yataqlardakı qazın satışını həyata keçirmək hüququna malik olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:40]
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]