DÜNYA
“Rosneft”in mənfəəti 20 faiz azalıb
Bakı, 4 avqust, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in xalis mənfəəti bu ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq 81 milyard rubl (təxminən 1,3 milyard dollar) olub.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin qeyd edilən dövrdəki ümumi satışı isə 23,2 faiz artaraq 2,8 trilyon rubl təşkil edib.
Yanvar-iyun aylarında “Rosneft”in gündəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 5 milyon 740 min barrel, təbii qaz istehsalı isə 2,9 faiz çoxalaraq 34,2 milyard kubmetr olub.
Bu dövrdə şirkətin xalis borcu isə 700 milyard rubl artaraq 2,2 trilyon rubla çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]