MƏDƏNİYYƏT


“Rotunda Jazz Club”da Sebastian Studnitskinin triosu çıxış edib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da Sebastian Studnitskinin triosu çıxış edib.

AZƏRTAC xəbər verir ki, Studnitski tanınmış alman truba ifaçısıdır. O, yaradıcılığında müxtəlif musiqi üslublarını birləşdirir. S.Studnitski bir çox dünyaca məşhur kollektivlər və ifaçılarla əməkdaşlıq edir. Solo ifaçı, habelə müxtəlif kollektivlərin heyətində bütün dünyanı dolaşıb, nüfuzlu caz festivallarında iştirak edib və ondan çox studiya albomu yazdırıb.

Bakı musiqi həvəskarları trionun çıxışına böyük maraq göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.