MƏDƏNİYYƏT


“Rotunda Jazz Club”un səhnəsində polşalı musiqiçilərin konserti olub

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”un səhnəsində tanınmış polşalı  musiqiçilər Qjex Piotrovski – Sebastian Vıpıx dueti çıxış edib.

AZƏRTAC xəbər verir ki, Qjex Piotrovski istedadlı saksofonçu, prodüser, aranjemançı və bəstəkardır. O, 1997-ci ildə qısa vaxtda Polşa cazında sıçrayış yaratmış “Alchemik” qrupunu təsis edib. Kollektiv Avropanın bir sıra caz festivallarında “Qran-pri”yə layiq görülüb. Qrup bir neçə albom buraxıb.

Sebastian Vıpıx Şopen adına Varşava Musiqi Akademiyasında təhsil alıb. O, müxtəlif orkestrlərdə, digər musiqiçilərlə duetlərdə çıxış edir.

Bakı tamaşaçıları polşalı musiqiçilərin çıxışını rəğbətlə qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.