İQTİSADİYYAT


Rövnəq Abdullayev: Azərbaycanın ixrac kəmərləri sistemi ilə 475,6 milyonadək neft nəql olunub

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu il oktyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 475,6 milyon tona yaxın neft nəql edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR-ın prezidenti qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri - BTC ilə 315 milyon ton, Bakı-Supsa kəməri ilə 77 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 41,5 milyon ton və dəmir yolu ilə 20,1 milyon ton neft nəql edilib. BTC vasitəsilə 19,8 milyon ton Türkmənistan və 7,3 milyon tondan çox Qazaxıstan nefti də nəql olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.