İQTİSADİYYAT


Rövnəq Abdullayev: SOCAR təbii qazın alınması ilə əlaqədar “Gazprom”la heç bir danışıq aparmır

A+ A

Bakı, 5 sentyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR təbii qazın alınması ilə əlaqədar Rusiyanın enerji nəhəngi “Gazprom”la heç bir danışıq aparmır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Bizə yataqlara vurmaq üçün texniki qaz lazım idi. Əgər biz dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil”, - deyə SOCAR-ın prezidenti bildirib.

Qeyd edək ki, “Gazprom”un törəməsi “Gazprom Transgaz Makhachkala” şirkətinin baş direktoru Aleksandr Astanin sentyabrın 3-də Azərbaycana ildə 3-5 milyard kubmetr təbii qazın nəqli ilə bağlı danışıqlar aparıldığını və yaxın vaxtlarda bununla bağlı müvafiq müqavilələrin imzalanmasının nəzərdə tutulduğunu demişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.