İQTİSADİYYAT


Rövnəq Abdullayev: “Total” gələn ilin ortalarında “Abşeron”da ilk quyunu qazmağa başlaya bilər

A+ A

Bakı, 16 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Fransanın “Total” şirkəti gələn ilin ortalarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında ilk quyunu qazmağa başlaya bilər.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, yeni nəsil qazma qurğusu “Abşeron”da ilk quyunun qazılmasına gələn ilin ortasında cəlb ediləcək. Hazırda “Total” yatağın İşlənmə Proqramını hazırlayır və noyabrın əvvəlində SOCAR-a təqdim etməyi planlaşdırır. “Abşeron”da ilk qazın hasilatına 2019-cu ilin III-IV rübündə başlanması planlaşdırılır, 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarının verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.