İDMAN


Rövşən Səfərov üçüncü yer uğrunda görüşdə qalib gəlib

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın paralimpiyaçı cüdoçusu Rövşən Səfərov (90 kq) IV İslam Həmrəyliyi Oyunlarında üçüncü yer uğrunda görüşdə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Rövşən Səfərov üçüncü yer uğrunda mübarizədə digər Azərbaycan idmançısı Tofiq Məmmədova qalib gəlib.

Cüdoçumuz Rövşən Səfərov 2016-cı ildə Rio Paralimpiadasının bürünc medalını qazanıb. XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.