İDMAN


Roy Cons Vasili Lomaçenkonu Menni Pakyao ilə müqayisə edib

A+ A

Kiyev, 19 noyabr, AZƏRTAC

Dörd çəki dərəcəsində sabiq dünya çempionu Roy Cons (ikinci) WBO versiyası üzrə yüngülvari çəki dərəcəsində dünya çempionu, filippinli Menni Pakyaonu WBO versiyası üzrə ikinci yarımyüngül çəki dərəcəsində dünya çempionu, ukraynalı Vasili Lomaçenko ilə müqayisə edib.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu əfsanəvi boksçu deyib: “Menni rinqdə tullanıb-düşür, gah rəqibinə yaxınlaşır, gah ondan uzaqlaşır. Bunu özünüz də görə bilərsiniz. Lomaçenkonun ayaqları daha yaxşı işləyir, lakin Pakyao güclü zərbə vurur. Onlar fərqli boksçulardır. Pakyaonun qəribə oyun ritmi var, onun hərəkətlərini öncədən hiss etmək çox çətindir. Lomaçenko isə tamam başqa adamdır. Mənim fikrimcə, onlar yüngül çəki dərəcəsində qarşılaşa bilərlər”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.