DÜNYA


“Royal Dutch Shell” IMO-nun 2020-ci il tələblərini ödəmək üçün Almaniyadakı neft emalı zavodundan istifadə edəcək

Bakı, 5 avqust, AZƏRTAC

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” şirkəti Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2020-ci il tələblərini ödəmək üçün Almaniyadakı neft email zavodundan istifadə edəcək.

AZƏRTAC xəbər verir ki, “Shell” Beynəlxalq Dəniz Təşkilatının 2020-ci ildə həyata keçirməyə başlayacağı gəmi yanacağındakı sulfid maksimum həddini ödəmək üçün Almaniyadakı neftayırma zavodlarından birində modernləşdirmə işləri aparacaq. Ötən günlərdə “Rheinland” neft emalı zavodunun rəsmiləri yerli rəhbərlər və ekoloji təşkilatların nümayəndələri ilə 140 min barrel/gün həcmi olan “Wesseling” yatağı üçün investisiya üzrə nəzərdə tutan planları müzakirə edib. “Rheinland” zavodunun tullantı emalı obyektinin modernləşdirilməsi və burada yeni kompleksin qurulması nəzərdə tutulur. “Shell” layihənin hələ ilkin planlaşdırma mərhələsində olduğunu açıqlayıb.

Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatı 2016-cı ilin sonlarında 3,5 faiz olan gəmi yanacağındakı sulfidin maksimum həddinin 2020-ci ildən etibarən 0,5 faiz nisbətində olması barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.