DÜNYA


Rudna şaxtasında uçqun nəticəsində səkkiz mədənçi həlak olub

A+ A

Varşava, 1 dekabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, noyabrın 29-da Polşanın Polkovitse rayonunda (Aşağı Sileziya) KGHM konserninə məxsus Rudna şaxtasında uçqun baş verib. Mis mədənində yeraltı təkanların səbəb olduğu uçqunda səkkiz şaxtaçı həlak olub.

Xilasedicilər ağır texnika kamerasında beş, tamburda isə üç şaxtaçının cəsədini tapıblar.

Rudnada yeraltı təkanlar noyabrın 29-da yerli vaxtla saat 21:00-da baş verib. Xilasetmə əməliyyatı 24 saat davam edib.

Şaxtanın direktoru Pavel Markovski deyib: “Mən həlak olanların ailələrinə müraciət etmək istərdim. Biz şaxtaçıları xilas etmək üçün əlimizdən gələni etdik, lakin təəssüf ki, bacara bilmədik”.

Yeraltı təkanların episentrində 30 mədənçi işləyib. Onların doqquzu yaralanıb, beş nəfər xəstəxanaya çatdırılıb.

Baş vermiş faciə ilə əlaqədar Polşanın Baş naziri Beata Şidlo Polkovitseyə gəlib. Dekabrın 1-də İsveç səfərindən dönən Polşa Prezidenti də faciə yerinə gedəcək, şaxtanın rəhbərliyi və xilasedicilərlə görüşəcək.

“Polşa misi” KGHM şirkəti 4 günlük matəm elan edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.