DÜNYA


Rudna şaxtasında yeraltı təkan nəticəsində iki mədən fəhləsi həlak olub VİDEO

A+ A

Varşava, 30 noyabr, AZƏRTAC

Noyabrın 29-da axşam saatlarında Polşanın Polkovitse rayonunda (Aşağı Sileziya) KGHM konserninə məxsus Rudna şaxtasında yeraltı təkan baş verib. Nəticədə iki mədən fəhləsi həlak olub, daha altı fəhlənin axtarışı üzrə xilasetmə işləri aparılır.

Rudna şaxtasında yeraltı təkan çox güclü olduğu üçün böyük dağıntılar törədib. Episentri 1100 metr dərinlikdə yerləşən zəlzələnin gücü 10 ballıq cədvəl üzrə 8 bal təşkil edib.

Rudna şaxtasının rəhbərliyi noyabrın 30-da səhər mətbuat konfransında məlumat verib ki, həlak olmuş mədən işçilərinin birinin 33, digərinin 47 yaşı olub. Yığınlar altında qalmış 6 şaxtaçının xilas edilməsi işləri mürəkkəb şəraitdə böyük ərazidə aparılır.

KGHM konserninin başçısı Radoslav Domaqalski–Labendski deyib ki, şirkətdə dördgünlük matəm elan edilib. Şaxtaçıların himayədarı Müqəddəs Barbara bayramı münasibətilə nəzərdə tutulan təntənəli tədbirlərin bir hissəsi bu hadisə ilə əlaqədar ləğv edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.