SİYASƏT


Rumıniya, Bolqarıstan və Xorvatiya KİV-ləri ermənilərin Alxanlıda törətdikləri cinayətdən yazır

Buxarest, 6 iyul, AZƏRTAC

Rumıniya, Bolqarıstan və Xorvatiya KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazır.

Belə ki, Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Romania TV” televiziyası, Bolqarıstanın “Fokus” xəbər agentliyi və nüfuzlu “Standard” qəzeti, Xorvatiyanın “HİNA” milli xəbər agentliyi və digər qəzetlər hadisə ilə bağlı ətraflı məlumatlar yayıb. Qeyd edilib ki, iyulun 4-də axşam saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82, 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu təxribat nəticəsində kənd sakinləri Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı, onun nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaq xəstəxanaya çatdırılıb. Atəş nəticəsində mülki obyektlərə və evlərə ciddi ziyan dəyib. Azərbaycanın hadisə ilə əlaqədar mövqeyi təqdim edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.