DÜNYA


Rumıniya Serbiya ilə sərhəddə nəzarəti gücləndirib

A+ A

Buxarest, 20 avqust, AZƏRTAC

Qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Rumıniyanın Daxili İşlər Nazirliyi Serbiya ilə sərhəddə nəzarəti gücləndirib. Belə ki, sərhədçilərlə yanaşı, jandarm xidməti də sərhədin qorunmasına cəlb olunacaq. Sərhədə termal kamera ilə təchiz olunan vertolyot nəzarət edəcək.

Qeyd edək ki, Serbiyadan Rumıniyaya qeyri-qanuni keçmək istəyənlərin sayı iyulun əvvəlində 3112 nəfərə çatıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.