REGİONLAR


Rumıniya səfiri: Şəki Azərbaycanın ən gözəl şəhərlərindən biridir VİDEO

A+ A

Şəki, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Beş ildir ki, Rumıniyanı Azərbaycanda təmsil edirəm. Bu illər ərzində dəfələrlə regionlara səfər etmişəm, bir neçə dəfə Şəkidə olmuşam. Şəki həqiqətən də Azərbaycanın ən gözəl şəhərlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rumıniyanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri Daniel Kristian Çiobanu avqustun 2-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.

Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanla Rumıniya arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini bildirib, bu əlaqələrin daha da möhkəmlənməsində səfirin xidmətlərini xüsusi vurğulayıb.

Azərbaycandakı diplomatik missiyasının sona çatdığını bildirən Rumıniya səfiri bundan çox təəssüfləndiyini, ölkəmizdə özünə çoxlu dostlar qazandığını diqqətə çatdırıb. Səfir bu illər ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə yüksək sürətlə inkişaf etdiyini, Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlarda hər zaman dəstəklədiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.