SİYASƏT


Rumıniya xəbər agentliyi : Dağlıq Qarabağda erməni vandalizmi video və fotolarda

Buxarest, 8 dekabr, AZƏRTAC

Rumıniyanın “Amos News” xəbər agentliyi öz saytında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın işğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri aydın göstərən videosunu və fotolarını yerləşdirib. Həmin video və fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib.

Materiallarda, həmçinin Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan yaxınlığında Ağdədə qəbiristanlığının, Ağdamdakı Çay evinin və başqa yerlərin indiki vəziyyəti əks olunub.

Video və fotolarla aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.amosnews.ro/vandalismul-din-nagorno-karabakh-imagini-2016-12-07

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.