DÜNYA


Rumıniyada “DACİA” avtomobil zavodu haker hücumuna məruz qalıb

Buxarest, 15 may, AZƏRTAC

Rumıniyanın Mioveni şəhərində fəaliyyət göstərən “DACİA” avtomobil zavodu haker hücumuna məruz qaldığına görə fəaliyyətini dayandırıb. Əsas səbəb kimi informasiya sistemlərində baş verən nasazlıq göstərilir. Bununla bağlı zavodun işçiləri məzuniyyətə göndəriliblər.

Problemlə bağlı böhran komissiyası yaradılıb.

Qeyd edək ki, “DACİA” Rumıniyada ən böyük özəl şirkət sayılır və “Renault” avtomobil konserninin törəmə şirkətidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.