SİYASƏT
Rumıniya qəzetində Ermənistanın təcavüzkar siyasətindən bəhs edən məqalə dərc olunub
Buxarest, 9 oktyabr, AZƏRTAC
Rumıniyanın geniş oxucu kütləsinə malik “Evenimentul Zilei” (“Günün Hadisəsi”) qəzetində sabiq Prezident Trayan Baseskunun xarici siyasət, təhlükəsizlik və strateji məsələlər üzrə müşaviri Yulian Kifunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi haqqında məqaləsi dərc olunub.
Rumıniyanın bir çox KİV-ləri tərəfindən yayılan məqalədə bildirilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını öz ərazisi kimi göstərməsi onun təcavüzkar ölkə olduğunu bir daha təsdiq edir və Qafqaz regionunda sabitliyi təhlükə altına atır. Müəllif Ermənistanın bu addımını Avropanın sərhədlərinin silah gücünə dəyişdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsi kimi səciyyələndirir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest