DÜNYA


Rumıniyada hərbi təyyarə qəzaya uğrayıb

Buxarest, 12 iyun, AZƏRTAC

Rumıniya hava qüvvələrinə məxsus “Miq-21 Lancer” təyyarəsi iyunun 12–də Bolqarıstan hava qüvvələri ilə birlikdə keçirilən “Thracian Eagle 2017” hərbi təlimlər zamanı qəzaya uğrayıb.

Müdafiə nazirliyinin məlumatına əsasən, hərbi bazaya qayıdan zaman pilot təyyarənin mühərrikində ciddi texniki problemlərin olduğunu bildirib. Təyyarə Konstansanın Mixail Koqelniçanu aeroportu yaxınlığında düşüb. Pilot katapultasiya edib və helikopterlə xəstəxanaya çatdırılıb.

Hadisəni Rumıniya prokurorluğu araşdırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.