DÜNYA
Rumıniyada orduya məxsus yük maşınının dərəyə aşması nəticəsində həlak olanlar var
Bakı, 30 iyun, AZƏRTAC
Rumıniyanın Müdafiə Nazirliyi orduya məxsus yük maşınının dərəyə aşması nəticəsində ən azı 3 hərbçinin həlak olduğu, 9 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumat yayıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Dambovişoara şəhəri yaxınlığında çətin keçilən dağlıq ərazidə baş verib. Qırx metrlik dərəyə yuvarlanan yük maşınında 13 hərbçinin olduğu bildirilir.
Ölənlərin ikisi əvvəllər Əfqanıstanda xidmət edən təcrübəli hərbçilər olub. Rumıniyanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən yol-nəqliyyat hadisəsi avtomobilin əyləcində yaranan nasazlıq səbəbindən baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]