DÜNYA
Rumıniyada yağan güclü qar həyatı iflic etmişdir VİDEO
Buxarest, 27 yanvar (AZƏRTAC). Güclü qar yağması nəticəsində Rumıniyanın əsas magistrallarında avtomobillərin hərəkəti dayanmış, ölkənin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə gedən yollar bağlanmışdır.
Rumıniya metrologiya xidməti kəskin hava şəraiti ilə əlaqədar alaraq Buzau, Vrança və Braila regionlarında yüksək təhlükə kodu - qırmızı kod elan etmişdir.
Güclü külək və fırtına nəticəsində dəniz və çay limanlarının da fəaliyyəti dayanmışdır. Aeroportlar və dəmir yolları fasilələrlə işləyir. Rumıniya sərhədlərində yük maşınlardan ibarət uzun növbə yaranmışdır.
Rumıniya daxili işlər nazirliyinin məlumatına görə, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün milli ordu köməyə çağırılmışdır.
İqbal Hacıyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]