DÜNYA


Rumıniyada yeni hökumətin tərkibi elan edilib

A+ A

Bakı, 3 yanvar, AZƏRTAC

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, liberallar və demokratlar alyansının rəhbəri Liviu Draqnya və ölkənin Baş naziri təyin edilmiş Sorin Qrindyanu keçirdikləri mətbuat konfransında hökumətin yeni tərkibini elan ediblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yeni ikipartiyalı kabinetdə xarici işlər naziri vəzifəsi Teodor Maleşkanuya həvalə edilib. O, artıq dörd dəfə bu vəzifədə çalışıb, həmçinin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Əvvəllər Milli Müdafiə Nazirliyində silahlanma üzrə dövlət katibi işləmiş Qabriel Leş ölkənin milli müdafiə naziri vəzifəsini tutacaq. Ədliyyə naziri vəzifəsində isə Deputatlar Palatasının keçmiş spikeri Florin Yordake çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.