Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyalı alimdən fundamental tədqiqat: “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi”

Rumıniyalı alimdən fundamental tədqiqat: “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi”

Bakı, 30 yanvar, AZƏRTAC

Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenaru 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazıb. Kamal Abdulla yaradıcılığının belə çoxşaxəli tədqiqi Avropanın Yanus layihəsi çərçivəsində həyata keçirilib, monoqrafiya kitab şəklində Serbiyanın Pro Evropa Novi Sad nəşriyyatında işıq üzü görüb. Monoqrafiyadan bir hissə “Literaturnıy Azerbaydjan” jurnalının 2016-cı il, 11-ci sayında dərc edilib. AZƏRTAC jurnalda nəşr olunan həmin hissəni ixtisarla oxuculara təqdim edir.

X X X

…“Gizli Dədə Qorqud” adlı tədqiqat işində Kamal Abdulla “Kitabi-Dədə Qorqud” milli eposunu insan cəmiyyətini bir qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək “fərqli bir körpü” kimi müəyyənləşdirib.

Özünün sonrakı, artıq belletristikaya çevrilmiş bədii mətnlərində “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” trilogiyasının müəllifi bu körpünün üzərinə çıxaraq artıq “o biri sahilə” adlayır. O, mifdən yazıya keçir və “Kitabi-Dədə Qorqud”un kanonik mətnini dəyişərək, bütövlüyün posmodernist estetikasını yaradır. Süjet xətlərini dəyişməklə, obrazları dərinə və daxilə inkişaf etdirməklə, dil və üslub səviyyəsində dəyişikliklər etməklə Kamal Abdulla obyektivləşdirmənin köməyi ilə kanonik mətnin daxilində təkcə ənənəvi təhkiyə əlaqələrini deyil, həm də onun adi təşkilatlanma prinsiplərini nümayiş etdirir.

... Viskonsin-Medison Universitetinin ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya və ritorika üzrə mütəxəssisi Maks Statkieviç hesab edir ki, “Kamal Abdullanın təhkiyəsi özünün “sirlərə yiyələnmək” səylərini vurğulayır, o, müəyyən mənada “yazının dağılması”nı, Derridanın haqqında danışdığı “aforizmin enerjisi”ni nümayiş etdirir. Bu mənada müəllifə Dədə Qorqudun xələfi kimi, ya da ki, romanda Dədə Qorquda daha çox yazıçının özünün proyeksiyalanması kimi baxıla bilər. Kamal Abdullanın romanında Dədə Qorqud təkcə Bayandur xanın mirzəsi deyil, həm də sirlərinin mühafizidir, bu sirləri biləndir və bu mənada sirdaşdır; Oğuz cəmiyyətində hamı və hər kəs bilir ki, “Dədəyə etibar edilmiş sirr qayğı ilə qorunacaq”.

Trilogiyada müəllif bu və ya başqa şəkildə üzə çıxır, əsərlərin strukturu ilə bağlı niyyətinin obyektivləşdirilməsi vasitəsilə oxucu ilə birbaşa nitq ünsiyyətinə girir və niyyətini özü izah edir. Əsəri diskursun fraqmentarlığından və postmodernist romanın bilərəkdən yaradılan xaotikliyindən doğan “kommunikativ uğursuzluğ”a məruz qoymamaq üçün müəllif öz üzərinə əlavə vəzifələr götürür. Beləliklə, müəllif maskası Kamal Abdullanın trilogiyasının məna mərkəzinə və yazıçının təhkiyə tərzinin strukturyaradıcı prinsipinə çevrilir...

... Kamal Abdulla Təpəgözü günahkarlar sırasında ilk personaj kimi müəyyənləşdirməklə, onu Azərbaycan ədəbiyyatında günah hissinin ilk daşıyıcısı sayır. Bizcə, Sehrbazlar dərəsindən olan Karvanbaşı Azərbaycan ədəbiyyatında hələ ki, sonuncu günahkardır, ona görə də bu iki günahkar surətinin, onların xarakterlərinin qarşılaşdırılması göstərir ki, bu surətlər birmənalı olmalarına baxmayaraq, faciəvidir. Təpəgöz, Məmmədqulu və Karvanbaşı - müxtəlif miqyaslı, bir-birindən məkrli üç cəlladdır. Aralarındakı fərq ancaq ondan ibarətdir ki, Təpəgöz və Məmmədqulu - insan qanında “çimir”lər - “bütün körpələri qıraram, bircə dəfə də olsa doyunca adam əti yeyərəm”, Karvanbaşı isə öz ruhunun cəlladıdır, özünü qisas hissi ilə zəhərləyir. Onlardan hər biri öz günahlarını özü bildiyi kimi başa düşür və yuyur, lakin onların hamısı iki qiyafədə - qatil və günahkar qiyafələrində mövcuddurlar. Tərcüməçi Lyudmila Lavrova romanın “daxili quruluşunun mükəmməlliyindən” söz açaraq fikrini belə ifadə edir: “Ayrılan cığırlar bağı”. Bu bağda müəllif maskası ̶ “ümumiyyətlə, göründüyü kimi olmayan bir şey, xəyal, amma kimin xəyalı”,- bizi atasının qatilini axtaran karvançının ardınca aparır, cəllad Məmmədqulunun tarixçəsini danışır, Allahın işlərinə qarışmamağı məsləhət görür, çünki “Allah hər kəsə əməllərinə görə verir”…

… Kamal Abdullanın romanında Karvanbaşı təkcə öz namusu və ruhunun rahatlığı naminə qisasdan imtina etmir! Xeyr! Həm də bunu ona görə edir ki, həyat gözəldir! “Bilirsən,- Ruhun ağzından özü də istəmədən acı bir etiraf qopdu,- sən heç başa düşürsənmi ki, həyat necə də gözəl şeydir?” Bu həyata günahsız Körpə - Karvanbaşının oğlu, müəllifin günah və qaranlıq dünyadan Sehrbazlar dərəsi məkanına, günahdan, qisas və qandan təmizlənmiş “yeni” balaca vətənin çəhrayı məkanına çıxardığı körpə sevinəcək. Görükməz Təpənin yaşıl ətəyindən başlayıb gedəcək... Sehrbazlar dərəsi ilan gədiyinin qurtaracağında, Görükməz Təpə deyilən təpənin ətəyindən birbaşa üzü çökəyə açılırdı. Dərəyə belə bir adı ona görə qoymuşdular ki, dörd ətraf bilib görüb inanmışdı ki, bəlkə də kürreyi-ərzin ta Məğribdən Məşriqə qədər hər bucağından adlı-sanlı sehrbazlar gəlib buranı özlərinə yaşamaq üçün məskən seçmişdilər. Nə üçün buranı seçmişdilər - bunu bilən bir adam yox idi, onlar özləri isə bu barədə bir kəlmə dinib-danışmırdılar. Dərə boyu elə sehrbazdı görürdün - iki-bir, tək-tək, topalaşıb ora-bura gəzişər, ya əl-qol ata-ata bir-birinə nə isə deyər, ya da eləcənə susub durardılar. Dərənin üstündən məmləkətə gedən bu yol sehrbazlar üçün əsas həyat mənbəyi idi, bu yolla gedənlərin nəzir-niyazına, pay-peşkəşinə ümidli idilər, dolanmaq üçün yetərli idi, bəzən də bu sehrbazlardan hansınısa yolla gedənlərdən bir kimsənə götürüb özü ilə aparardı, cadu-sehrindən istifadə edər, hansısa məqsədə çatmasından ötrü onun möcüzkar köməyinə iman gətirərdi”.

Beləliklə, Kamal Abdullanın romanında mifik “kiçik vətən” surəti ənənəvi - dağ nəsri və müasir anlamlarda, Şərq-Qərb bədii-fəlsəfi konseptləri kontekstində, Avrasiya motivləri və onların kökləri Dastana bağlı olan Azərbaycan dünyanın milli mənzərəsi kontekstinə interpretasiyasında qavranılır...

Müəllif gerçəkliyi xəyali arzuya çevirir - “Sehrbazlar dərəsində isə yenə bahar çağıydı, gül-gülü, bülbül-bülbülü çağırırdı. Sehrbazlar bir-biri ilə söhbətləşə-söhbətləşə bir dəstəsi dərə boyu gəzişir, o biri dəstəsi isə dairə qurub bir qızılgül kolunun ətrafında yaşıl çəmənliyin üstündəcə əyləşmişdi”. “Metaforik”, simvolik qızılgül obrazı müəllifə öz təmiz ruhani Xeyir, Həqiqət və Sevgi dünyasını yaratmaqda kömək edir. Gerçəkliyi ideallaşdıraraq, romanda … “fantastik olan hadisələr deyil, insanlardır (...)” o, “yeni varlıq” kabusu ilə birləşir, ̶ Kamal Abdulla kainatın öz mərkəzini, öz kosmik çərxini yaradır. Məhz buna görə də roman kabus kimi yox olmur. Baxmayaraq ki, qeyri-real dərəcədə gözəl, kor olanların anlaya bilməyəcəkləri, bəşəriyyətin ən yaxşı nümayəndələrinə ̶ günahsız mələklərə-uşaqlara layiq bir həyatla doludur…

… “Sehrbazlar dərəsi”- müəllifin özünün müəyyən etdiyi kimi, roman-fantaziyadır, bizi Azərbaycan xalqının ulu əcdadlarının sehrli aləminə, Şərq nağıllarının qabaqcadan bilinməyən füsunkar xəzinəsinə gətirib çıxarır. Kamal Abdullanın bütün əsərlərində olduğu kimi, “Sehrbazlar dərəsi”nin də süjeti təsvir olunan hadisələr, gözlənilməz döngələr və dolambaclar, əqli nəticələrin detalları və incəlikləri baxımından məftunedicidir, kəskin sosial məzmununa görə dərindir, həddindən artıq təsirlidir və bir çox cəhətdən simvolikdir ki, bunlar da təhkiyənin ritminin gərginliyində, surətlərin dəqiq, müqayisələr zamanı sərrast, aforistik dərəcəsində ritorik, düşüncələrdə və müəllif fantaziyasının hədsizliyində ̶ fəlsəfi (...)tonallığında özünü göstərir…

… Kamal Abdulla keçmişdən şən əhvalla və böyük bir məsuliyyətlə danışır; dastanda da olduğu kimi, “Sehrbazlar dərəsi” romanında keçmiş geniş oppozisiya ilə tamamlanıb. Lakin “Kitabi-Dədə Qorqud”da keçmişin oppozisiyası indi, roman-pritçada isə gələcəkdir. Keçmişsiz gələcək yoxdur və öz romanında müəllif bu hikmətə sadiq qalır. O, əcdadlarının tarixi keçmişindən təsirlənir, öz tarixi ilə fəxr edir, eyni zamanda, da tarixə öz fərdi konsepsiyası ilə yanaşır: “Bütün sonlu və sonsuz olanlar bircə andan ibarətdir. Və bu an özündə keçmişi və gələcəyi ehtiva edir”…

… Sehrbazlar dərəsində gələcəyin və keçmişin indinin mifoloji hadisələrində baş verən çəlpəşməsini və seyrini bütövlük estetikası adlandırmaq olar. Müəllifin “Sehrbazlar dərəsi”nin səhifələrində qurduğu bu bütövlük estetikası təkcə Şərq mentallığının deyil, həm də Qərb mentallığının dünyaduyumunu, dünyagörüşünü ifadə edir.

Kamal Abdulla yaradıcılığı özündə dərin inisiatik məna daşıyır, öz düşüncələrində fəlsəfidir və müəllif fantaziyasında hüdudsuzdur. Kamal Abdulla fəlsəfəsi dinidir, lakin onun fəlsəfəsinin coşqunluğu göylərə yönəlməyib; onun fəlsəfəsi ölümsüzlüyü təsdiqləmir. Bu fəlsəfə bəşəriyyətin varlığın və həyat məqsədlərinin mənasını yer üzərində cənnətin yaradılmasında, yəni dünyəvi həyatın elə qurulmasında görür ki, bu quruluş şəraitində insan öz mənəvi və əxlaqi keyfiyyətlərini daha tam şəkildə aşkarlaya və həyatında əsas prinsiplər kimi insanpərvərlik, xeyirxahlıq, ədalətlilik, həqiqət prinsiplərini bərqərar edə bilsin. Azərbaycan mütəfəkkirinin fikrincə, məhz bu yolla yer üzərində ümumun xoşbəxtliyi, sevgisi vəziyyətinə, mükəmməl dünyəvi həyatın qurulmasına nail olmaq mümkündür. Bu, xəyali arzuların bəhrəsi və müəllifin göyü yerə düşürmək, yer həyatını səmavi prinsiplər əsasında qurmaq cəhdidir və özünün bu cəhdində o, Allahın yerinə insanı, İlahi Ruhun yerinə insan zəkasını, Allah xofunun yerinə insan məhəbbətini qoymur. Kamal Abdulla hər şeyin başında sözü qoyur. Möcüzələrdən sonuncusu isə, müəllifin və onun qəhrəmanı Hacı İbrahim Ağanın hesab etdiyi kimi, Quranın nazil olmasıdır: “… son möcüzə dünyamızda Qurani-Kərimdir ki, sevgili peyğəmbərimiz onu Allah-Taaladan qəbul edib cəmi insanlığa bəxş etmişdir. Dünyamızda bir daha möcüzəyə yer qalmamışdır. (...) Ağ dərviş isə deyirdi ki, “çün hər şeydən əvvəl söz ki olmuşdur, axırda da söz olmuşdur. çevrə qapanmışdır …”, amma anın adlarından biri qalırdı. Bu ad sözdür, zamanların başlanğıcında və sonunda. O, yəni söz, lap sonuncu qum dənəsi kimi bütövlüyü doldurur.

Romanın son hissəsində yağan təmiz, ağ qar şər əməllərin - xəyanətin, ölümün, mənəviyyatın itirilməsinin, dibsiz uçuruma atılmanın və qanın üstünü örtür. Yer üzərindəki xalqların tarixi boyu tökülmüş bütün qanların. Çünki bütün günahların bağışlanmasına aparan yol məhz paklanmadır. Qafqaz qarı - tikanlı, sərt, insanı diksinməyə məcbur edən qar - göydən söz müdrikliyinin zərrəcikləri kimi, insanın təmizlənməsi və bütün günahların bağışlanması himni kimi yerə yağır.

Kamal Abdullanın “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanları özündə “Kitabi-Dədə Qorqud”un kanonik mətninin posmodernist estetikasını ehtiva edir və XXI əsrdə postsovet məkanında yaranan ədəbi-bədii boşluğu doldurur.

Kamal Abdullanın yaradıcılığında Dədə Qorqud haqqında dastan, əsasən, mif haqqında ən yeni təlimlərə, mifik-tənqidi metodologiyanın “ritual” və “arxitektura” qollarına əsaslanmaqla, qapalı çevrə üzrə dövr edir.

Kamal Abdulla mifə bəşəriyyətin yazısının bütövlükdə başa düşülməsi üçün həlledici amil, ədəbiyyatın bədii, elmi generatoru kimi baxır. Əgər ədəbiyyat mifdən uzaqlaşırsa belə (müəyyən mərhələlərdə), son nəticədə, o yenə də mifin yanına qayıdır. Modernist yazıçı Kamal Abdullanın yaradıcılığı buna bir sübutdur. O, “Kitabi-Dədə Qorqud” eposunun “... təkcə “ruhun dərinliklərindən” (F.Şellinqin təbirincə) deyil, həm də mifin yeni oxunuşundan, elmin, ədəbiyyatın, dinin və müasir həyatın başqa təzahürlərindən bütövlük əmələ gətirərək, bir tama sintez etmək istəyindən qaynaqlanan yeni mifologiya yaradır”…

… Kamal Abdulla yaradıcılığında bəşəriyyətin çoxdan vidalaşmış olduğu mədəni ənənələrə və mədəniyyətlə, özünəməxsusluqla zəngin zamanlara nostalji münasibət duyulur. Bütövlükdə bəşəriyyətin, özəlliklə isə Azərbaycan etnosunun, tarixi yolu düsturunun axtarışlarında olan müəllif böyük zaman kəsiklərinə müraciət edir; Kamal Abdullanın trilogiyasında zaman perspektivi təkcə əsərlərin quruluşunun məhvəri olmur, həm də mənəvi-etik və estetik imperativə çevrilir. Yaradıcılığında “ədəbiyyatın inteqral elementi” kimi mifə əsaslanaraq, Kamal Abdulla varlığın ideal modeli saydığı dastana söykənir, müqayisə vahidi kimi onu müasir həyatın təsvirinə daxil edir.

V.Kubilyus hesab edir ki, “müasirliyin əsrlərin dərinliklərinə gedib çıxan genezisi, və ya da varlığın fərdi şüurun və şüuraltının fəaliyyətini əks etdirən sabitliyi kimi, mif təhkiyəyə ikinci plan və dərin perspektiv gətirir”.

Bununla yanaşı, Amerika tədqiqatçısı C.Uaytonun “Mif bu gün əməl edilməli olan norma… kimi irəli çıxır” fikri ilə razılaşaraq, belə bir qənaətə gəlmək olar ki, Kamal Abdullanın yaradıcılığında mif ədəbi materialın mənbələrindən yalnız biridir. Müəllifin poetik sintaksisi, xalq eposu ilə yanaşı, onun üslubunun təməl daşıdır. Milli üslubiyyat əlavə izahlar tələb etmir: o, oxucunu Şərq nağılının koloritinə daxil edir; deyimlər oriyentalizmin emosional yüksəlişləri ilə doludur...

...Tarixiliyin vüsətinə görə Kamal Abdullanın Azərbaycan xalqının tarixi haqqında təhkiyəsi Lev Tolstoyla və Şekspirlə “kongenialdır”. Kamal Abdullanın yaradıcılığını başqa müəlliflərlə tutuşdurmaqla, biz onlardan hansının daha “uca” olduğunu araşdırmaq istəmirik. İstedadı təkrarolunmazlıqla və özünəməxsusluqla ölçürlər, buna görə də dünya ədəbiyyatında Kamal Abdullanın öz, heç kəs tərəfindən doldurula bilməyəcək yeri vardır. Məhz maqik nağıl koloriti, sufi simvolikası layları, gerçəkliyin son həddinə çatdırılmış fantaziya və xəyali aləm sayəsində, “Dədə Qorqud” Dastanının özünəməxsus “mifik terrorizmi”nin təzyiqi altında müəllif çoxsaylı müasirləri və sələfləri ilə bir sırada durur. Onlardan bəziləri, ola bilər, müəllifin özündən daha çoxtərəflidirlər.

Kamal Abdulla istedadının miqyası təkcə onun Azərbaycan xalqına və öz müasirlərinə deyil, həm də başqa mədəni məkanlara və nəsillərə təsir gücü ilə müəyyənləşir. Digər mədəniyyətlərin Kamal Abdulla yaradıcılığına marağı böyükdür, onun əsərlərinin rus, fransız, ingilis, polyak, türk, gürcü, portuqal, yapon dillərinə tərcümə olunması Azərbaycan yazıçısının yaradıcılığını bütünlükdə mədəni dünyanın mülkiyyətinə çevirir. Bu yaradıcılıq Bütövlüyün estetikasının üzvi əlaqəsinin parlaq bir nümunəsidir və Azərbaycan ədəbiyyatını, tarixini və mədəniyyətini dünyanın yetkin ədəbiyyatları və mədəniyyətləri siyahısına daxil edir.

Kamal Abdulla bir çox tərəfdən dünya ədəbiyyatına borcludur. Mif və yazı, yunan mifləri və homerik şairləri, Atlantidanın “demokratiya”sı və “antidemokratiya”sı, ağac arxetipi çox rəvan bir tərzdə trilogiyanın və “Gizli Dədə Qorqud”un səhifələrinə köç etdi və, beləliklə, müəllifə “ənənəvi tədqiqatlar” çərçivəsindən kənara çıxmağa kömək etdi. O, başqa xalqlara da azərbaycanlıların tarixi ilə tanış ola bilmələri üçün “qapıları açdı”, öz xalqının tarixinin öyrənilməsini “genişləndirdi və dərinləşdirdi”. Mədəniyyət baxımından başqa xalqlardan nə qədər çox şey götürmüş olsan, ümumbəşər tarixinə verəcəyin töhfənin bir o qədər sanballı olacağına əminlik ifadə edən Kamal Abdulla xalqından mifopoetik xəzinənin zərrəciklərini götürdü və bədii yazı vasitəsi ilə onları xalqına da qaytardı. Onun yaradıcılığı yeni Azərbaycan milli ədəbiyyatının, Avropa və Asiyanın, xristianlığın və İslamın, zərdüştiliyin və yəhudiliyin, ərəb, türk, Qafqaz, İran və slavyan dünyalarının qovuşduğu yeni mədəni məkanın, Avropa mədəniyyətləri birliyinin bərabərhüquqlu üzvü kimi başqa milli mədəniyyətlərin nailiyyətləri ilə yaradıcılıq yarışına girərək, öz qüvvələrini beynəlxalq səhnədə sınayan bir mədəniyyətin formalaşmasının vacib elementdir. Kamal Abdulla milli özünəməxsusluğu dünya ədəbi məkanına daxil edir, bununla da onu mifin yeni anlamı və yeni interpretasiyaları ilə zənginləşdirir. ..

… Kamal Abdullanın “oğuz” yaradıcılığını biz tam əsasla son zamanlar milli ədəbiyyatın səhifələrinə köçmüş və “kökə qayıdış”, mifolojisizləşdirmənin və mistiksizləşdirmənin bəyan edilməsi, ideoloji diktat və sosialist realizmi kanonları ilə məhdudlaşdırılmış sovet mədəniyyətinin əksinə olaraq, yaradıcılığın tam azadlığı kimi ifadə oluna bilinəcək ictimai əhvalla eyniləşdirə bilərik. Kamal Abdulla üçün mifin mənası istər-istəməz qəbul etdirilən, inanılan sosio-mədəni model kimidir. Bu halda müəllif tərəfindən mif aşkarlanmalı, faş edilməli və mifolojisizləşdirməli olan illüziya, yalan, yəni mifopetik təfəkkür stereotiplərinin dağıdılması kimi başa düşülür.

Müasir mif yaradıcılığı ilk növbədə kütləvi mədəniyyət vasitəsi ilə insanların şüuruna hakim kəsilərək, yeni, daha mürəkkəb formalar qazanır. Kütləvi mədəniyyəti zamanın mifologiyasını mifologemlər və arxetiplər vasitəsi ilə əks etdirir. Mifologem - müəllif tərəfindən mifoloji motivlərin şüurlu surətdə əxz edilməsidir, onların qeyri-şüuri reproduksiyası isə “arxetip” anlayışı ilə ifadə olunur. Mahiyyət etibarı ilə söhbət Azərbaycan millətinin ulu əcdadlarının kitabında gördüyü milli Azərbaycan şüurunun intibahından gedir ki, bunun da əsasını Kamal Abdulla ümumtürk abidəsi “Kitabi-Dədə Qorqud”da görür. Bəşəriyyətin əbədi suallarına cavab axtararkən Kamal Abdulla milli mifdən dar millilik/millətçilik maraqları çərçivəsində istifadə etmir. Mifin fəlsəfi və dünyagörüşü baxımdan izahında Kamal Abdulla, T.Mannın ardınca humanizmi müdafiə edir.

Onun trilogiyası, eyni zamanda, həm yaddaş, həm zaman perspektivi, həm köhnə, həm də yeni başlanğıcdır! Müəllif mifi ona görə reanimasiya edir ki, mif bizə bu günümüzü, beşiyimiz olan təbiəti və özümüzü daha dərindən dərk etməyimizə kömək edir. Oğuz mifinin dekonstruksiyası ilə Kamal Abdulla dünya ədəbiyyatına paklanma və qisasdan, qan tökməkdən imtina yolu ilə bütün günahların bağışlanması mövzusunu gətirir. Qloballaşan müharibələr şəraitində, dünya güclərinin öz problemlərini güc və terror yolu ilə həll etdikləri bir dövrdə Kamal Abdulla bütün dünyaya hamının və bütün günahların bağışlanmasını təklif edir. Bütün günahların bağışlanması isə qan tökülmənin, qisasın sonunu bildirir, bu qadağa da Mifdən gəlir.

Bütün günahların bağışlanması - bu, müəllifin “Sehrbazlar dərəsi” roman-fantaziyasının çəhrayı çalarlarında yaratmış olduğu dünyanın ideal modelinin surətidir. Bütün günahların bağışlanması onu bildirir ki, daha qisas üçün, qan axıdılması üçün bəhanə qalmamışdır. Romanın bu ideyası Kamal Abdullanı dünya ədəbiyyatı müəllifləri ilə bir sıraya qoyur. Bundan da əlavə, müsəlman yazıçısı tərəfindən irəli sürülmüş bütün günahların bağışlanması və qisasdan imtina ideyası - bu dünyanın qızıl və neft axtarışlarında öz “qlobal dünya”larını yaradan güc sahiblərinə ünvanlanmış bir çağırışdır. Bu dünyada milli miflərə, inanclara və ənənələrə, sadəcə, yer yoxdur. Azərbaycan yazıçısının irəli sürdüyü Bütün günahların bağışlanması ideyası - Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünya səviyyəli problemlər ortaya qoya biləcək səviyyəyə çatdığına bir sübutdur; bu elə bir ədəbiyyatdır ki, onu qlobal problemlər, sosial sarsıntılar, sosial qırılmalar, mənəviyyat axtarışları, əcdadların tarixinə və ənənələrinə hörmət, Azərbaycan xalqının milli dirçəlişi, Əsl Azərbaycanlının düşüncələri maraqlandırır... Paklanma və bütün günahların bağışlanması “Məhşər saatına” (Kamal Abdullanın şerindən bir sətir) qədər baş verməlidir. Hələ ki, bəşəriyyət “dibsiz bir uçurumun kənarında”dır və seçimini etməlidir - son və qəti bir seçimini - bugünkü mübarizənin davamı (həyatın bütün sahələrində) ilə bütün günahların bağışlanması arasında seçimini etməlidir. Bu gün bəşəriyyət heç vaxt olmadığı qədər Alyoşa Karamazovun yolu ilə getməlidir: “özü üçün deyil, hər şey və hamı üçün dua etməlidir”, Sofoklun Antiqonasının yolu ilə getməlidir: “mənim təbiətimdə olan - məhəbbətin paylaşılmasıdır, nifaqın yox”.

Bu qədim fikri Azərbaycan yazıçısı Kamal Abdulla öz xalqının tarixinə əsaslanmaqla bizə çatdırır. Dostoyevskinin-Kamalın bütün günahların bağışlanması ideyasında iki dünya görüşür - pravoslav (Qərb-Şərq) dünyası və müsəlman dünyası. Bu, ona işarədir ki, Yer kürəsi birdir və hamımız bir Allahın altında yaşayırıq, buna görə də mədəniyyətlərin, ədəbiyyatların, millətlərin, etnosların, bölgələrin dialoqu mümkündür və vacibdir. Milli özünəməxsusluğun qorunub saxlanması ilə işarələnən milli ədəbiyyatların dialoqu polisentrizmə, bərabərhüquqlu münasibətlər vektoruna olan meyli aşkarlayır. Müasir şəraitdə dialoq ətraf aləmin dərkinin fəlsəfi prinsipi kimi çıxış edir və iki mövqenin - “öyrəşmə” və “kənar qalma” mövqelərinin (M.M.Baxtin) üst-üstə düşməsinin mümkünlüyü ilə onun dərkinin tamlığını təmin edir…

Kamal Abdulla yaradıcılığında keçmiş və keçmişlə bağlı yaddaş daim yer alır: bu mifin ilahi, epik dünyasıdır, “ilk və ən yaxşılar” olan ataların və ulu əcdadların vahid dünyasıdır. Müəllif keçmişə ideala söykənən kimi söykənir. O, indi və gələcəklə birləşərək, hansısa bir ümumi əbədiliyin - universal varlığın konstantını yaradır.

Əbədilik konstantı bizə Kamal Abdulla yaradıcılığına, milli və dünya mədəniyyət məkanını öz tarixinə yeni baxışla və mifin yeni bir izahı ilə, varlığın bütövlüyü və əbədiyyət haqqında yeni düşüncə - qisasla yaşamamaq və yalnız bir dünya ilə yaşamamaq düşüncəsi ilə zənginləşdirən bütöv bir hadisə kimi baxmağa əsas verir. Bu Kamal Abdullanın müəllifi təkrar-təkrar izahı olmayan bir sirr qarşısında qoyduğu Bütövlüyün fəlsəfəsidir: “Həqiqət haradadır?”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib