İDMAN
Rumıniyanın AGERPRES milli xəbər agentliyində AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi yerləşdirilib
Buxarest, 9 iyun, AZƏRTAC
Rumıniyanın AGERPRES milli xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin Formula-1 Azərbaycan Qran-Prisi barədə məqaləsini yayıb.
Məqalədə bu il iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinin treki, bu mötəbər yarışa hazırlıq işləri, idmançılar və azarkeşlər üçün yaradılacaq şərait və xidmətlər barədə məlumat verilir.
Müəllif Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula-1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinqdən sitat gətirərək trekdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini, Bakı şəhər halqasının mötəbər yarışa tam hazır olduğunu bildirib.
Yazıda yarışlarda bəzi texniki dəyişikliklər barədə də məlumat verilib.