İQTİSADİYYAT


Rumıniyanın “Transgaz” şirkəti DESFA-nın səhmlərinin alınmasında maraqlıdır

A+ A

Bakı, 6 dekabr, Nihad Budaqov, AZƏRTAC

Rumıniyanın “Transgaz” şirkəti Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA-nın səhmlərinin alınmasında maraqlıdır.

AZƏRTAC “energyworldmag.com”a istinadla xəbər verir ki, “Transgaz”ın təmsilçiləri ötən günlərdə Afinada danışıqlar aparıb və DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tenderdə iştirakda israrlıdırlar.

Qeyd edək ki, bu ayın əvvəlində SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti DESFA-nın 66 faizinin özəlləşdirilməsi layihəsinə xitam veriblər.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlmişdi. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlamışdı. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlamışdılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.