SİYASƏT
Rumıniyanın milli informasiya agentliyi AZƏRTAC-ın 95 illik fəaliyyətindən yazdı VİDEO
Buxarest, 2 mart, AZƏRTAC
Rumıniyanın AGERPRES milli informasiya agentliyi “Azərbaycanın AZƏRTAC informasiya agentliyi 95 illik yubileyini qeyd edir” sərlövhəli məqalə dərc edib.
Məqalədə agentliyin tarixindən, 21 ölkədə müxbir məntəqəsinin fəaliyyət göstərməsindən, 7 dildə xəbər, 5 dildə video informasiya yaymasından, internet məkanında yüksək səviyyədə təmsil olunmasından bəhs edilir. Bildirilir ki, agentlik 130 ölkə ilə informasiya paylaşır. AZƏRTAC-ın bir sıra beynəlxalq və regional media qurumlarının fəal üzvü olduğu və bu təşkilatların tədbirlərini Azərbaycanda keçirdiyi vurğulanır. Baş direktor Aslan Aslanovun “AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü” məqaləsinə istinad edilərək agentliyin nailiyyətləri diqqətə çatdırılır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılması haqqında Sərəncamından da söhbət açılır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest