SİYASƏT
Rumıniyanın milli xəbər agentliyi 28 May - Respublika Günü münasibətilə məqalələr dərc edib
Buxarest, 30 may, AZƏRTAC
Rumıniyanın milli xəbər agentliyi AGERPRES 28 May –Respublika Günü münasibətilə iki məqalə dərc edib.
Məqalələrdə Azərbaycan Respublikasının tarixindən bəhs olunur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulur, ölkəmizin enerji resursları və enerji layihələri barədə ətraflı məlumat verilir.
Azərbaycanın mədəniyyətindən və ləziz yeməklərindən də bəhs edildiyi yazılarda İçərişəhərin gözəlliyindən, Qız qalası, Şəki xanlarının sarayı kimi nadir tikililərdən söhbət açılır, ölkəmizin böyük turizm potensialına malik olduğu vurğulanır.
Məqalələrdə AGERPRES xəbər agentliyinin fotoarxivindən Bakını əks etdirən şəkillər də yerləşdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest