CƏMİYYƏT
Rumıniyanın milli xəbər agentliyi “ASAN xidmət” barədə mətbuat açıqlaması yayıb
Buxarest, 25 yanvar, AZƏRTAC
Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyinin hazırladığı “Sosial islahatların liderləri” sərlövhəli mətbuat açıqlamasını yayıb.
Açıqlamada “ASAN xidmət”in iş prinsipi barədə məlumat verilir. Bildirilir ki, “ASAN xidmət” mərkəzlərinin əsas hədəfi vətəndaşlara səmərəli xidmətin göstərilməsi, sivil xidmət sahəsində peşəkarlığın artırılması və dövlət idarəçiliyində innovasiyaların tətbiqidir. Agentliyin iş fəaliyyəti elə qurulub ki, hər bir vətəndaş istədiyi vaxt əməliyyatları internet vasitəsilə izləyə bilər. Yazıda bir çox ölkələrin Azərbaycanın “ASAN xidmət” təcrübəsini öyrənməkdə maraqlı olduğu bildirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:48]
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib
- 24.04.2024 [14:43]
Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur
- 24.04.2024 [14:06]
Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq
- 24.04.2024 [13:02]