MƏDƏNİYYƏT
Rus Dram Teatrı dekabr ayı üçün repertuarını təqdim edib
Bakı, 30 noyabr, AZƏRTAC
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının dekabr repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.
AZƏRTAC teatrın dekabr ayı üçün repertuarını təqdim edir:
3 dekabr - “Yeddi gözəl”;
4 dekabr – “Artist və onun kölgəsi”;
5, 24 dekabr - “Yay gecəsində yuxu";
6 dekabr - “Məhəbbət üçbucağı”;
10 dekabr - “Yeni il gecəsində məhəbbət intriqaları”;
11 dekabr - “Qurdlar və qoyunlar”;
13 dekabr – “Karamazov qardaşları”;
17 dekabr – “Həddindən artıq evli taksi sürücüsü”;
18 dekabr - “Şəhrizadın daha bir gecəsi”;
25 dekabr - “Qürur və qərəz”;
26 dekabr – “Maskarad”;
27 dekabr - “Məhəbbətlə zarafat etmirlər”;
Uşaqlar üçün:
5 dekabr - “Maşa və ayı”;
6 dekabr - “Güləbətin tikən qız və süpürgəçi”;
13 dekabr – “Gözəl Vasilisa";
19 dekabr – “Yeni il gecəsində sehrbazlıq”;
20 dekabr - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;
30, 31 dekabr - “Gəlin, nağıla baxaq” (premyera).
Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-də başlanır.