MƏDƏNİYYƏT
Rus Dram Teatrında “Bulvar Sanset” tamaşasının premyerası olacaq
Bakı, 29 mart, AZƏRTAC
Aprelin 16-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Viktor Denisovun “Bulvarda qürub çağı” (“Bulvar zaxodyaşeqo solntsa”) pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək. Tamaşa müəllifin razılığı ilə “Bulvar Sanset” adı ilə repertuara daxil edilib.
AZƏRTAC Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, bakılı tamaşaçılar səhnə əsərində Hollivud ulduzu Nora Desmondun heyrətamiz həyat hekayəsini görəcəklər. Bu obrazı Azərbaycanın Xalq Artisti Lyudmila Duxovnaya ifa edəcək.
Tamaşanın quruluşçu rejissoru İlqar Saffatdır. Səhnə əsərində, həmçinin Azərbaycanın Xalq Artisti Yuri Balıyev, aktyorlar Yaroslav Trifonov, Olqa Arsyentyeva çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]