MƏDƏNİYYƏT


Rus Dram Teatrında Milli Qurtuluş Günü qeyd ediləcək

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 15-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Milli Qurtuluş Gününə həsr edilən gecə keçiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, onun incəsənətə, dramaturgiyaya və teatra münasibətilə bağlı yaxın keçmişə qısa tarixi ekskurs olacaq. Daha sonra bu mövzunun davamı kimi ulu öndər Heydər Əliyevin yaradıcılığını yüksək qiymətləndirdiyi M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə teatrın baş rejissoru, Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda “Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” tamaşası nümayiş etdiriləcək.

Teatrın aparıcı və gənc aktyorlarının rol aldığı bu tamaşada Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadənin orijinal müəllif musiqisi, Xalq Artisti Aleksandra Nikuşinanın şeirləri səsləndiriləcək.

Səhnə əsərinin xoreoqrafiyası Əməkdar Artist Fuad Osmanovundur. Tamaşa üçün kostyumları Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.