MƏDƏNİYYƏT
Rus Dram Teatrında “Yeni İl gecəsi məhəbbət intriqaları” tamaşası nümayiş olunacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Rus Dram teatrının səhnəsində “Yeni İl gecəsi məhəbbət intriqaları" adlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, Oleq Yernevin pyesi əsasında hazırlanmış tamaşa növbəti dəfə teatrsevərlərə təqdim olunacaq. Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin səhnələşdirdiyi tamaşanın maraqlı mövzusu var. Belə ki, tamaşanın əsas mövzusu üç dəfə ailə quran qəhrəmanın keçmiş həyat yoldaşlarının yanına təkrar qayıtması üzərində qurulub.
Qeyd edək ki, tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı, Xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Əməkdar Artist Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva da rol alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]