CƏMİYYƏT


Rus Pravoslav Kilsəsi Azərbaycan səfirliyinin müraciətini cavablandırıb

A+ A

Moskva, 26 avqust, AZƏRTAC

Rus Pravoslav Kilsəsi (RPK) Qarabağ münaqişəsinin nizamlanmasına və mövcud fikir ayrılıqlarının qanun çərçivəsində qarşılıqlı məqbul şəkildə həllinə daim və ardıcıl olaraq çıxış edir.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Pravoslavların Parlamentlərarası Assambleyasının XXIII illik konfransının yekun qətnaməsi ilə əlaqədar səfirliyin müraciətinə RPK-nın cavab məktubundan bəhs edilir.

Məktubda vurğulanır: “1993-cü ildən başlayaraq Moskvanın və bütün Rusiyanın patriarxının vasitəçi kimi iştirakı ilə Azərbaycanın və Ermənistanın dini liderlərinin bir sıra görüşləri keçirilib. Həmin görüşlərin iştirakçıları dəfələrlə bildiriblər ki, Qarabağ münaqişəsinin dini zəmini yoxdur və bu münaqişə siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə həm xristianlıq, həm də İslam baxımından günahdır”.

Məktubda daha sonra qeyd edilir ki, Moskva patriarxatı bu gün də həmin mövqedən çıxış edir və münaqişənin dinc yolla və ədalətli həllinə çalışır. Azərbaycan tərəfinin narahatlığı pravoslavların parlamentlərarası assambleyasının rəhbərliyinin nəzərinə çatdırılacaq.

Xatırladaq ki, Pravoslavların Parlamentlərarası Assambleyasının iyulun əvvəlində Salonikidə (Yunanıstan) keçirilmiş konfransında qəbul edilmiş qətnamədə Azərbaycanın ünvanına əsassız tənqidi fikirlər yer almışdı.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.