ELM VƏ TƏHSİL


Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir

Bakı, 11 iyun, İbrahim Əsədov, AZƏRTAC

İyunun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.

AZƏRTAC xəbər verir ki, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin mayın 4-dən 24-dək elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

İmtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunacaq və saat 11.00-da başlanacaq.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi-müəllim ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.