ELM VƏ TƏHSİL


Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin mayın 4-dən 24-dək elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

İmtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunacaq və saat 11.00-da başlanacaq.

Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” DİM-in internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiq edən sənədin əsli.

Müvafiq sənədlərində uyğunsuzluq olan abituriyent imtahana buraxılmayacaq.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi-müəllim ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.