ELM VƏ TƏHSİL


Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan veriblər

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Dövlət İmtahan Mərkəzi rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

AZƏRTAC xəbər verir ki, bu imtahanda aprelin 9-da keçirilmiş birinci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin mayın 4-dən 24-dək elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak ediblər.

Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunan imtahan saat 11.00-da başlanıb və saat 11.45-də başa çatıb.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilib. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.