ELM VƏ TƏHSİL


Rus-türk teleskopu ilə ilk dəfə Günəşdən kənar planet kəşf edilib

Bakı, 12 avqust, AZƏRTAC

TÜBİTAK (Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsi) Milli Rəsədxanasında qurulan RTT150 rus-türk teleskopu vasitəsilə ilk dəfə Pegasus bürcündə yaşlı bir ulduzun ətrafında fırlanan Günəş sistemindən kənar bir planetin kəşf edildiyi açıqlanıb.

AZƏRTAC ntv.com.tr saytına istinadla xəbər verir ki, Kazan Federal Universitetindən Roman Juçkovun qrupunun türk və yapon mütəxəssisləri ilə birlikdə dünyada kosmos müşahidələrinin ən yaxşı aparıldığı nadir sahələrdən biri kimi qəbul olunan TÜBİTAK Milli Rəsədxanasındakı RTT150 teleskopu ilə HD 208897 kodlu ulduzun ətrafında fırlanan Yupiterə bənzər planet kəşf ediblər.

Alimlərin hesablamalarına görə, sözügedən planet “Yupiterin əkizləri” qrupuna aiddir və Günəş sistemindəki Yupiter planeti ilə müqayisədə 1,5 qat daha böyük bir kütləyə malikdir. Ekzoplanetin ulduza məsafəsi təxminən Yupiterin Günəşə olan məsafəsinə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.