DÜNYA


Rusiya 2016-cı ilin sonuna ilk dəfə Çin yuanında dövlət istiqrazları buraxa bilər

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Rusiya 2016-cı ilin sonuna ilk dəfə Çin yuanında dövlət istiqrazları buraxa bilər. Beləliklə, ölkə milyard dollarlıq vəsait cəlb edəcək.

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin dövlət borcu və dövlət maliyyə aktivləri departamentinin direktoru Konstantin Vışkovski bildirib. Məmur qiymətli kağızların əlavə kreditlər proqramı çərçivəsində 200 milyard rubla (3,2 milyard dollar) satıla biləcəyini deyib.

K.Vışkovski diqqətə çatdırıb ki, Rusiya federal borc istiqrazlarının buraxılması mexanizmi vasitəsilə milyard dollar cəlb edə bilər, sonra pullar rubla konversiya ediləcək.

Qeyd edək ki, oktyabrın 12-də 2017-2019-cu illər üzrə federal büdcənin layihəsi dərc olunub. Sənədə əsasən, üç il ərzində Rusiya 13 milyard dollara qədər borc ala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.