İDMAN


“Rusiya-2018”in seçmə qrup mərhələsində növbəti turun oyunlarına start verilib

Bakı, 10 iyun, AZƏRTAC

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin növbəti turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da “A”, “B” və “H” qruplarında, ümumilikdə, 9 oyun keçirilib.

Turun mərkəzi oyunlarından biri “A” qrupunda baş tutub. İsveç millisi öz meydanında son Avropa çempionatının gümüş mükafatçısı Fransa yığması ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanaraq qrup liderliyini ələ keçirib. Bu qrupda Hollandiya millisi Lüksemburqu 5:0, Belarus isə Bolqarıstanı 2:1 hesabları ilə məğlubiyyətə uğradıb.

“B” qrupunda son Avropa çempionu Portuqaliya yenə də qələbəyə sevinib. Portuqalların səfərdə Latviyanı 3:0 hesabı ilə məğlub etdikləri oyunda K.Ronaldo dubl edib. Qrupun lideri İsveçrə komandası səfərdə Farer Adaları millisi üzərində 2:0 hesabı ilə qalib gəlib. Qrupun sensasiyası isə Andorrada qeydə alınıb. Belə ki, Andorra komandası son Avropa çempionatının iştirakçısı Macarıstan yığmasını minimal hesabla məğlub edib -1:0.

“H” qrupundakı oyunlar isə aşağıdakı kimi başa çatıb:

Estoniya-Belçika – 0:2, Bosniya və Herseqovina-Yunanıstan - 0:0, Cəbəllütariq-Kipr – 1:2.

Digər qruplarda növbəti oyunlar iyunun 10-da və 11-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.