SİYASƏT


Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv olunması barədə qərar qəbul edib

Moskva, 15 may, AZƏRTAC

Rusiya Ali Məhkəməsində bu ölkənin Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı mayın 15-də keçirilmiş məhkəmə iclasında təşkilatın qeydiyyatının ləğv olunması barədə qərar qəbul edilib.

Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğunu bildirmişdi. Bununla bağlı nazirlik təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib. ÜAK bu qərardan bir ay ərzində apellyasiya şikayəti verə bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.