Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya–Azərbaycan: vahid informasiya məkanına doğru hərəkət amilləri

Rusiya–Azərbaycan: vahid informasiya məkanına doğru hərəkət amilləri

Moskva, 14 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycanda 60-a yaxın mətbu və şəbəkə nəşri, habelə 7 iri informasiya agentliyi rus dilində fəaliyyət göstərir. Müxtəlif hesablamalara görə, Azərbaycan KİV-lərinin ümumi sayının təxminən 15 faizini “rus sektoru” təşkil edir. Bunun praktikada nə demək olduğunu nümayiş etdirmək üçün statistik göstəricilərə müraciət edək. AZƏRTAC-ın saytına müraciətlərin sayına görə Azərbaycandan sonra ikinci yeri Rusiya tutur. Bundan əlavə, həmin saytın rusdilli versiyasına ən çox müraciət edənlər Rusiyadan olan istifadəçilərdir. AZƏRTAC-ın video saytında rus dilində xüsusi reportajlar, müsahibələr və başqa materiallar yerləşdirilir. Burada da Rusiyadan olan istifadəçilərin sayı başqa dillərdə bölmələrlə müqayisədə xeyli çoxdur.

Azərbaycan bloqqerlərinin və publisistlərinin sosial şəbəkələrdə fəaliyyətini araşdırsaq görərik ki, Facebook, Instagram, Twitter şəbəkələrinin Rusiya seqmentləri, habelə Rusiya mənşəli “VKontakte” və “Odnoklassniki” şəbəkələri ölkəmizdə sosial və siyasi informasiyanın yayılması üçün ən populyar seqmentlərdir.

Qəribədir ki, Azərbaycandakı rusdilli KİV-lər “on beş faiz” olduğuna baxmayaraq, bir sıra mühüm əlamətlərə görə qibtə edilməyə layiq yer tutur. Belə əlamətlərdən biri status məsələsidir. Rəsmi nəşrlərin siyahısına nəzər salsaq görərik ki, ən populyar nəşrlərin bir qrupu ya tamamilə rusdillidir, ya da öz kontentini rus dilində təkrarlayır. Məsələn, əsas rəsmi qəzet olan “Bakinski raboçiy”, AZƏRTAC Dövlət İnformasiya Agentliyinin saytı, digər internet-portallar bu qəbildəndir.

Bütün bunlar Azərbaycanda rus dilinin elitar vəziyyətinin nəticəsidir. Bu, Cənubi Qafqazda və hətta bütün MDB məkanında başqa qonşularımızla müqayisədə bizim ölkənin müəyyən mənada unikallığına dəlalət edir.

Eyni zamanda, rusdilli KİV-lərin prestijli vəziyyətdə olması həm də Azərbaycan hökumətinin bütövlükdə Rusiya sosiomədəni və dil məkanına həssas və qayğıkeş münasibətinin qanunauyğun nəticəsidir.

Azərbaycanda rus dilini dəstəkləyən xüsusi qanun və ya başqa hüquqi normaların olmadığına baxmayaraq, Rusiyaya dost ölkəmizdə rusdilli elm və mədəniyyət inkişaf edir. Rusdilli sektor çərçivəsində Rusiyanın regionda siyasətinə münasibətdə əsasən xeyirxah baxışların geniş spektri maksimum dərəcədə təmsil olunub.

Bu şəraitdə MDB üzvü olan başqa dövlətlərlə müqayisədə ölkəmizin özəl cəhəti və ya unikallığı ondan ibarətdir ki, Azərbaycan elitası daxili motivasiyanı - əslində hələ sovet dövründə aşılanmış davamlı sosial-iqtisadi modernləşmə prinsiplərini əsas götürür.

Bir müqayisə aparmaq istəyirəm. Ukraynada rus və Ukrayna məna məkanlarının sintezi kimi yaranmış rus dilinin hüquqlarının qanunvericilik yolu ilə təsbit edilməsinin siyasi zərurət olması tamamilə aydın və başadüşüləndir. Əhalisinin təqribən 21 faizi ruslardan ibarət olan Qazaxıstanda rus dilinin çox mühüm rol oynaması göz qabağındadır. Belarus İttifaq dövləti layihəsi çərçivəsində Rusiya ilə inteqrasiyanın əsas subyektidir. Etnik rusların sayı 3 faizdən çox olmayan Azərbaycanda isə rusdilli məkanın statusunu ən yüksək səviyyədə qoruyub saxlamaq üçün ilk baxışda heç bir “motivasiya” zərurəti yox idi.

Lakin vaxtilə, hələ xalqımızın ümummilli lideri Heydər Əliyevin dövründə ölkənin ali rəhbərliyi və siyasi elita məhz Rusiya sosiomədəni və informasiya məkanı platformasının möhkəmlənməsinə xüsusi diqqət yetirir, onu təhsilin və cəmiyyətin inkişafının yüksək səviyyəsini qoruyub saxlamağa yönəlmiş ümummilli siyasətin ən mühüm tərkib hissəsi hesab edirdi.

Azərbaycan elitasının bir sıra görkəmli nümayəndələri Rusiya mədəniyyətinin ən yaxşı nümunələri əsasında yetişib. Qərb təhsilinin və ingilisdilli media-məkanın populyarlığının obyektiv artmasına baxmayaraq, həmin nümayəndələr özlərinin inkişafını Rusiya sosiomədəni məkanı ilə geniş və ahəngdar qarşılıqlı fəaliyyətdə görürlər. Bu baxımdan, Azərbaycanın birinci xanımı, yeri gəlmişkən, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu olan Mehriban Əliyevanın sözlərini xatırlatmaq yerinə düşər. Mehriban xanım öz müsahibələrinin birində qeyd edib: “Şəxsən mənim üçün istər Sovet dövründə, istəsə də indi “İnostrannaya literatura” jurnalı dünya ədəbiyyatının müxtəlif əsərləri ilə tanış olmaq imkanıdır”. Yəni rus dili və Rusiya media məkanı əvvəlki kimi yenə də Azərbaycanda biliklərin və informasiyanın mühüm qlobal kanallarından biri olaraq qalır.

Azərbaycan SSR dövründə, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxt onun təşəbbüsü ilə Rusiyaya və Sovet İttifaqının başqa respublikalarına təhsil almağa göndərilən tələbələrin sayı ilbəil artırdı. 1975-ci ildən 1980-ci ilədək respublikanın təhsil müəssisələrində 80 mindən çox tələbə rus dilində ali təhsil, 95 mindən çox gənc orta ixtisas təhsili alıb. Məsələyə yaş meyarları üzrə yanaşsaq, bu gün məhz həmin nəsil ölkəmizdə hakimiyyət komandasında aparıcı mövqelər tutur, ictimai rəyi və Rusiya məkanına münasibəti formalaşdırır.

Azərbaycan elitasının Rusiya mədəniyyətinə münasibəti çox cəhətdən ali məktəblər arasında əməkdaşlığın istiqamətlərini də müəyyən edir, bu isə azərbaycanlıların gənc nəsli arasında rusdilli KİV-lərin əhəmiyyətinə bilavasitə təsir göstərir.

Bu baxımdan, Rusiya və Azərbaycan ali məktəblərinin qarşılıqlı fəaliyyətinə ən uğurlu nümunələrdən biri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan filialıdır. 2008-ci ildə açılmış bu filial özünün təhsil infrastrukturu (orijinal memarlıq layihəsi əsasında məxsusi olaraq bu ali məktəb üçün tikilmiş ən yeni kampus və tədris korpusları) və büdcə imkanları baxımından MDU-nun xarici ölkələrdəki digər beş filialı arasında ən yaxşı filiala çevrilib. Bu ali məktəbin inkişafında onun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın çox böyük xidmətləri var.

Ölkələrimiz arasında ümumi media məkanının formalaşmasından söhbət düşəndə bir məqama da toxunmaq zəruridir. Söhbət ondan gedir ki, ölkələrimizin ideologiyasında tədricən öz əksini tapan siyasi hakimiyyət platformalarının müəyyən dərəcədə bir-birinə yaxın olması nəzərə çarpır. Rusiya və Azərbaycan elitasının ideoloji mövqeyində diqqəti cəlb edən əsas məsələ konservatizmə bağlılıq və inzibati praktikada ciddi etik prinsiplərə söykənməkdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir sıra kitablarını və məqalələrini onun həmkarı, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanovun çıxışlarının tezisləri ilə müqayisə edin. Onlaın hər ikisi dövlətin dünyəvi xarakterini əsas götürməklə konservativ dəyərlərin əhəmiyyətini vurğulayır, hər ikisi qlobal dünyanın ekspansiyası şəraitində dövlətin və cəmiyyətin müxtəlif səviyyələrində suverenliyi qoruyub saxlamağın mürəkkəbliyindən bəhs edir.

Bu, ölkələrimizin elitalarının ideyaca yaxın olması üçün bir platformadır və təbii ki, media-məkanda da əks olunur, siyasi diskussiyaların xarakterinə də təsir göstərir. Əlbəttə, ölkələrimizin proqram sənədlərində intonasiyalar fərqlidir. Müxtəlif etnik-dini spesifika, indiki halda isə Qarabağ münaqişəsinin üstün rolu da öz təsirini göstərir. Lakin bu bünövrə düzgün anlaşılmasa, ölkələrimizin KİV-ləri tərəfindən dəstəklənən indiki Azərbaycan-Rusiya dialoqu ola bilməzdi.

Sonda ölkələrimizin informasiya məkanlarını qovuşduran bir neçə media layihəsini nümunə göstərmək istərdim. İnternet şəbəkəsində Rusiyanın TASS və RİA-Novosti, İnterfaks agentlikləri. AZƏRTAC-ın və Trend agentliyinin rusdilli variantının fəaliyyəti. Rəsmi mətbuatda “Rossiyskaya qazeta”da aylıq tematik “Azerbaydjan” buraxılışı. Onu da qeyd etmək lazımdır ki, “Rossiyskaya qazeta” Azərbaycanda gündəlik formatda, təxminən 12 min nüsxə tirajla çap edilir, Rusiyanın bütün rəsmi sənədlər dəsti oxuculara təqdim edilir. Bu, RQ-nin digər tərəfdaşları arasında yeganə nümunədir.

Baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Baku” jurnalının rusdilli versiyası media məkanda xüsusi yer tutur.

Media ilə bağlı bəzi şəxslərin və siyasətçilərin mühüm şəxsi fəaliyyətini xatırlatmaq zəruridir. Bunlar Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, populyar jurnalist Maksim Şevçenko, RF Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsi sədrinin müavini, deputat Dmitri Savelyev və Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında marağı olan çoxsaylı başqa siyasətçilər, jurnalistlər və məmurlardır.

Fəridə Abdullayeva

AZƏRTAC—ın xüsusi müxbiri

Moskva

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb VİDEO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib