İQTİSADİYYAT


Rusiya Azərbaycanla sərhəddəki avtonəqliyyat sıxlığının aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Rusiya Azərbaycanla sərhəddəki avtonəqliyyat sıxlığının aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti Rusiya tərəfindəki sərhəd-keçid məntəqəsində yaranan problemin avtonəqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyasının gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.