DÜNYA
Rusiya Bankı futbol üzrə dünya çempionatının keçirilməsi şərəfinə sikkələr buraxıb
Bakı, 21 dekabr, AZƏRTAC
Rusiya Mərkəzi Bankı 2017-ci ildə ölkədə Konfederasiyalar Kubokunun və 2018-ci ildə futbol üzrə Dünya Çempionatının keçirilməsinə həsr olunmuş sikkələr buraxıb. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib.
AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, futbol üzrə Dünya Çempionatının şərəfinə 3 rubl nominalında gümüş sikkələr və 50 rubl nominalında qızıl sikkələr zərb olunub. Gümüş sikkənin tirajı 300 min ədəd, qızıl sikkənin isə 100 min ədəd təşkil edəcək.
Konfederasiyalar Kubokuna həsr olunmuş 3 rubl nominalında olan gümüş xatirə sikkəsi 10 min ədəd tirajla, 50 rubl nominallı qızıl sikkə isə 5 min ədəd tirajla buraxılacaq.
Konfederasiyalar Kuboku 2017-ci il iyunun 17-dən iyulun 2-dək Rusiyada keçiriləcək. Turnirin oyunları Moskva, Sankt-Peterburq, Kazan və Soçidə təşkil olunacaq.
Dünya Çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]