DÜNYA


Rusiya Dəmir Yolları İranda nümayəndəlik açmağa hazırlaşır

A+ A

Bakı, 2 noyabr, Elvin Camalov, AZƏRTAC 

Rusiya Dəmir Yolları İranda nümayəndəlik açmağa hazırlaşır.

AZƏRTAC www.aryanews.com saytına istinadla xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sergey Stolyarov İran-Rusiya əməkdaşlığı üzrə işçi qrupunun səkkizinci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, nümayəndəliyin qeydiyyatdan keçirilməsi prosesi başa çatmaq üzrədir, artıq onun rəhbəri vəzifəsinə Yevgeni Çerepanov təyin edilib.

Nümayəndəlik açmaq qərarı İranda reallaşdırılacaq layihələrlə bağlıdır.

S.Stolyarovun sözlərinə görə, İrandakı nümayəndəlik Rusiya Dəmir Yollarının rəsmi saytındakı müvafiq siyahıya əlavə edilib, lakin hələlik heç bir ünvan və əlaqə nömrələri qeyd olunmayıb.

Qeyd edək ki, Rusiya Dəmir Yolları İranda Qarmsar–İncəburun dəmir yolunun elektrikləşdirilməsinə dair 1,2 milyard avro dəyərində layihə reallaşdırmaq niyyətindədir. Layihə Rusiya hökumətinin ayırdığı kreditin hesabına maliyyələşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.